00:00:00
Yazar
Admin User
13.06.2025 17:01 173 1 dəq oxuma
Dünya

Tehranda partlayışlar

Tehranda partlayışlar

 

Son məlumatlara görə, İsrailin hücum təhdidlərindən sonra Tehranın mərkəzində azı 4 güclü partlayış eşidilib. İran dövlət televiziyası İsrailin şəhərin bəzi bölgələrini bombaladığını təsdiqləyib. Hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və Baş Qərargah rəisi Məhəmməd Baqiri həlak olub. İranın ali lideri Əli Xamneyi sərt cavab veriləcəyini bəyan edib və "qisas bayrağı" qaldırılıb.

 

Hadisələr fonunda Ankarada kritik zirvə keçirilib. Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Metin Gürak və MİT direktoru İbrahim Kalın fövqəladə toplantıya qatılıblar.

 

Zirvədən sonra açıqlama verən Hakan Fidan bildirib ki, İsrailin hücumlarının mümkün nəticələri geniş şəkildə müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan prosesləri yaxından izləyir və bütün aidiyyəti qurumlara göstəriş verib. Nazir qeyd edib ki, hadisələrin əvvəlindən İran, İraq, İordaniya və ABŞ-la əlaqə saxlanılıb.

 

Fidan həmçinin vurğulayıb ki, İsrail regionda sabitliyi pozan siyasətindən əl çəkməlidir və artan gərginlik Qəzzadakı faciədən diqqəti yayındırmamalıdır. Onun sözlərinə görə, Tramp dövründə başlanan nüvə danışıqları bu münaqişənin yeganə həll yoludur – diplomatiya müharibəyə alternativ olmalıdır.

 

Türkiyə tərəfi bütün təhlükəsizlik risklərinə qarşı tədbirləri ən yüksək səviyyədə gördüyünü bildirib və prosesi region ölkələri ilə sıx koordinasiyada izləyir.

 

Mənbə: CNN Türk
Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər