00:00:00
Yazar
Lalə Qafarova
17.08.2026 20:55 14 1 dəq oxuma
Dünya

Tehrandan Vaşinqtona xəbərdarlıq: ABŞ bazaları yenidən hədəfə çevrilə bilər

Tehrandan Vaşinqtona xəbərdarlıq: ABŞ bazaları yenidən hədəfə çevrilə bilər

İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yenidən fəaliyyətini bərpa etməsinə icazə verməyəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirib ki, İranın bu mövqeyi regionda gərginliyin hərbi müstəvidən siyasi və psixoloji qarşıdurmaya keçdiyini göstərir:

 

“Tehran ABŞ bazalarının əvvəlki fəaliyyətini bərpa etməsini öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir və bunun qarşısını almaq üçün raket, pilotsuz uçuş aparatları və regional müttəfiqləri vasitəsilə təzyiq imkanlarını gündəmdə saxlayır. Vaşinqton isə hərbi mövcudluğunu bərpa etməyə çalışarsa, ABŞ obyektlərinin yenidən hədəfə çevrilməsi və qarşılıqlı zərbələrin başlanması riski artacaq. Bu isə mövcud kövrək diplomatik prosesin tamamilə dayanmasına səbəb ola bilər”.

 

Züriyə Qarayeva qeyd edib ki, İranın sərt mövqeyi Qətər, Bəhreyn, Küveyt, İraq və Birləşmiş Ərəb Əmirlikləri kimi ABŞ bazalarının yerləşdiyi ölkələri çətin seçim qarşısında qoyur. 

Həmin dövlətlər Vaşinqtonla təhlükəsizlik əməkdaşlığını qorumaq istəsələr də, ərazilərinin İranla yeni qarşıdurmanın meydanına çevrilməsində maraqlı deyillər. Buna görə onlar həm ABŞ-dən hərbi fəallığı məhdudlaşdırmağı, həm də Tehrandan təhdid dilindən uzaqlaşmağı tələb edə bilərlər. Nəticə etibarilə, bu məsələ yalnız ABŞ–İran münasibətlərinə deyil, Hörmüz boğazının təhlükəsizliyinə, enerji daşımalarına və bütövlükdə Körfəz ölkələrinin sabitliyinə mənfi təsir göstərə bilər.

 

Nurgün Qənizadə

#gündəm #bilər #azərbaycan #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər