00:00:00
Yazar
Ayşən Səlimova
03.04.2026 21:36 66 2 dəq oxuma
Sosial

Tez-tez çökən yollar: Sürücülər üçün görünməyən təhlükə

Tez-tez çökən yollar: Sürücülər üçün görünməyən təhlükə

Son dövrlərdə müxtəlif ərazilərdə yolların tez-tez çökməsi ciddi narahatlıq doğurur. İnfrastrukturun keyfiyyətsiz qurulması, köhnəlmiş kommunikasiya xətləri və düzgün aparılmayan təmir işləri bu problemlərin əsas səbəbləri kimi göstərilir. Yol səthində yaranan çökəkliklər nəqliyyat vasitələrinə ziyan vurmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədə artırır. 

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev “İnformator.az”a açıqlamasında bildirib ki, bu, bir az böyük məsələdir:

 

“Geniş aspektdən yanaşmaq lazımdır. Burada əsas məsələ suyun həyat mənbəyi olmasıdır. Bir problem də var ki, yolun düşmənidir. Yağan yağışı və ya suvarma və s. Bunu tezliklə yoldan uzaqlaşdırmaq lazımdır. Çünki yolda qalarkən bu artıq fəsadlara gətirib çıxarır. Şişmə və çökmələr yaranır, deformasiyalar yaranır. Buna görə də istər yağış, kanalizasiya, istərsə də suvarma sudur. Bu məsələnin bir tərəfidir, ikinci isə, bu yolların çökməyinə səbəb olan amillərdən biri də mövcud kommunikasiya xətlərinin, su və ya kanalizasiya xətlərinin köhnəlməsidir. Çox yağıntı yağdığı zaman, əsasən də kanalizasiya sistemi bunu daşıya bilmir. Ona görə də orada müəyyən problemlər ortaya çıxır və bu da yolların çökməyinə səbəb olur. Burada əsas məsələlərdən biridə su və kanalizasiya xətlərinin mövcud vəziyyətinin qənaətbəxş olmamasıdır. Bunların həlli üçün standartlar var. Əlbəttə, hər bir işin öz tələbləri, normaları, qaydaları var. Qaydalara uyğun həll olunmalı, xətlər yenilənməlidir. İndi Cənab Prezidentin yanvar ayında imzaladığı proqram var ki, hansı ki yağış sularının və kanalizasiya xətlərinin idarə olunması ilə bağlı dövlət proqramıdır. O proqramda artıq görüləcək işlərin ümumi konsepkt müəyyən edilibdir. Amma detalları zaman-zaman formalaşdırılacaqdır. Bu istiqamətdə artıq həyəcan təbili çalınıb ki, bu problemlər öz həllini tapsın. Şəhərdə yağış yağanda yollarda su yığılan yerlər var, artıq məsələyə qlobal yanaşıb problemi həll etmək lazımdır. Mövcud kollektorlar, kanalizasiya sistemləri bu yükü götürə bilmir və daşımır”.

 

Cavahir Əsgərbəyli

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər