TikTok fenomeni Lame saxlanılıb
ABŞ Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi (ICE) bildirib ki, Senegal-İtalyan TikTok fenomeni Khaby Lame saxlanılıb və ölkədən könüllü çıxış etməsi tələb olunub.
NBC News-in xəbərinə görə, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi (ICE) TikTok-da 162 milyon izləyicisi olan Khaby Lame-nin saxlanıldığını və “viza müddətini aşdığı” səbəbi ilə ölkəni tərk etməsinin tələb olunduğunu açıqlayıb.
ICE-nin sözçüsü Lame-nin Las-Veqasdakı Harry Reid Beynəlxalq Hava Limanında ICE əməkdaşları tərəfindən saxlanıldığını və “ölkədən könüllü ayrılmasına” icazə verildiyini bildirib.
Khaby Lame-nin agentliyinə daxil olan “Sharks Celebrities” isə ICE-nin iddiasını “yalan xəbər” kimi qiymətləndirib və Lame-nin “bu ay ABŞ-yə səfər etmədiyini” açıqlayıb.
TikTok fenomeni məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Bununla belə, Lame ABŞ-dən ayrıldığı xəbərləri yayıldıqdan sonra sosial media paylaşımına davam edib və onun Instagramdakı son paylaşımının Braziliyadan olduğu məlum olub.
Khaby Lame indiyə qədər saxlanıldığı bildirilən ən yüksək profilli şəxslərdən biri kimi qeyd olunur. Eyni zamanda, ABŞ prezidenti Donald Trampa tənqidləri ilə tanınan türk əsilli amerikalı onlayn siyasi şərhçi Hasan Piker də 13 mayda Çikaqodakı O’Hare Hava Limanında ICE tərəfindən sorğuya çəkildiyini açıqlayıb.
TRT XƏBƏR
Lalə Qurbanlı