00:00:00
Yazar
Admin User
01.09.2025 06:11 87 1 dəq oxuma
Dünya

Tokayev Su Problemləri Mərkəzinin yaradılmasını istəyir

Tokayev Su Problemləri Mərkəzinin yaradılmasını istəyir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ekologiya sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirib.

 

"İnformator.az" xəbər verir ki, o, bunu Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində çıxışı zamanı qeyd edib. 

 

"İqlim çağırışları sərhəd tanımır. Dünyanın bir çox dövlət və regionlarına ziyan vurur. Səhralaşma, quraqlıq, su hövzələrinin dayazlaşması, buzlaqların əriməsi və digər ekoloji problemlər kimi real təhdidlərlə mübarizə üçün birgə səmərəli strategiyalar hazırlamaq vacibdir. Buna görə də Qazaxıstanda ŞƏT-in su problemlərinin öyrənilməsi Mərkəzinin yaradılmasını dəstəkləyirik", - K.Tokayev bildirib.

 

O vurğulayıb ki, 2026-cı ildə ŞƏT-in yaradılmasının 25 illiyi qeyd olunacaq.

 

"Əminəm ki, indiki sammit konkret qərarlar qəbul edən uğurlu forum kimi beynəlxalq münasibətlər tarixinə düşəcək. Şübhəsiz ki, bu, ŞƏT-in potensialını gücləndirəcək", - K.Tokayev əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər