Tramp: ABŞ İranla danışıqlar zamanı demək olar ki, bütün məqsədlərinə çatıb
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İranla danışıqlar zamanı demək olar ki, bütün məqsədlərinə artıq nail olub.
O, CNBC-yə verdiyi müsahibədə bildirib ki, "Biz danışıqlar aparırıq. Düşünürəm ki, onlar bizə lazım olan hər şeyə razı olacaqlar".
Eyni zamanda, Tramp illərdir İrana qarşı müharibə aparmayacağını bildirib.
"Biz 19 il Vyetnamda idik. Təxminən on il Əfqanıstanda idik. Əbədi olaraq Koreya müharibəsində idik. Birinci və İkinci Dünya Müharibələrindən bəhs etmək belə istəmirəm Amma hər müharibədə çox, çox illər keçirdik. Dörd aydır ki, orada (İranda) olmuşam", - deyə Tramp bildirib. "Mən nə etmişəm? Onları hərbi cəhətdən məğlub etmişəm".
TASS
Samirə Allahverdizadə