00:00:00
Yazar
Admin User
18.08.2025 07:18 92 1 dəq oxuma
Dünya

Tramp bu halda Ukraynadan imtina edə bilər

Tramp bu halda Ukraynadan imtina edə bilər

 

Əgər Ukrayna lideri Vladimir Zelenski onun şərtlərini qəbul etməsə və güzəştə getməməyə qərar verərsə, ABŞ Prezidenti Donald Tramp Ukraynadan tamamilə imtina edə bilər. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” nəşrində yayımlanan məqalədə bildirilir.

 

Vurğulanır ki, Zelenski Trampın planını rədd etsə, o, televiziya kameraları qarşısında Oval kabinetdən atılma riski ilə üzləşəcək.

 

Həmçinin xatırladılıb ki, altı ay əvvəl Vaşinqton hərbi yardımın çatdırılmasına mane olub və danışıqlar zamanı baş vermiş insidentlə bağlı Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırıb.


Məqalədə qeyd olunur ki, yeni mübahisə Tramp üçün Zelenskini sülh istəməməkdə və Ukraynanı tamamilə tərk etməkdə ittiham etmək üçün mükəmməl bəhanə ola bilər.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər