00:00:00
Yazar
Admin User
13.06.2025 17:24 140 1 dəq oxuma
Dünya

Tramp: İsrail İrana daha çox hücum edəcək

Tramp: İsrail İrana daha çox hücum edəcək

ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumlarını “mükəmməl” adlandırıb və “Və daha çoxunu, daha çoxunu gözləyir”,-deyib

 

Tramp İsrailin səhər saatlarında İrana qarşı başlatdığı hücumlarla bağlı ABC News-a açıqlamalar verib. 

 

Hücumlarla bağlı "Məncə, onlar mükəmməl idilər",- dedi Tramp, "Biz onlara (İrana) şans verdik və onlar bundan istifadə etmədilər. Onlar çox ağır zərbə aldılar". 

 

Digər tərəfdən, ABŞ-nin hücumlarda əli olub-olmaması ilə bağlı suala Tramp “Bunu şərh etmək istəmirəm”,- deyib. 

 

ABŞ prezidenti Tramp da Truth Social hesabında İsrail və İran arasındakı gərginliyi dəyərləndirib. 

 

İki ay əvvəl İrana razılaşma üçün 60 günlük ultimatum verdiyini qeyd edən Tramp, "Onlar (bu müqaviləni) etməli idilər. Bu gün 61-ci gündür",- ifadələrdən istifadə etdi.

 

Tramp Tehran rəhbərliyinə nə edəcəyini söylədiyini, lakin istədikləri nöqtəyə gələ bilmədiklərinə də diqqət çəkərək, “Bəlkə indi ikinci şansları var”,- dedi.

 

İsrail səhər saatlarında İranın paytaxtı Tehran, Təbrizə, İsfahandakı Natanz Nüvə Müəssisəsi, Luristan və Kirmanşah şəhərlərinə hücum edib.

 

Hücumlar İran Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, general-mayor Hüseyn Səlami və 6 nüvə alimi də daxil olmaqla yüksək rütbəli hərbçilərin ölümü ilə nəticələnib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər