00:00:00
Yazar
Ayan Sadi
26.08.2026 23:44 34 2 dəq oxuma
Dünya

Trampdan ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş – ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri azaldılır

 

Trampdan ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş – ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri azaldılır

Trampın ABŞ–Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılması ilə bağlı göstərişi Şimali Koreya ilə dialoqu yenidən başlatmağa hesablanmış siyasi jest kimi qiymətləndirilir. bilər:

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqılamasında politoloq Züriyə Qarayeva bildirib ki, 

Pxenyan uzun illərdir bu təlimləri özünə qarşı hücum hazırlığı kimi təqdim edir. Buna görə də təlimlərin miqyasının kiçildilməsi Koreya yarımadasında gərginliyi müəyyən qədər azalda və ABŞ ilə Şimali Koreya arasında danışıqlar üçün əlverişli mühit yarada bilər. 

 

 

"Bununla belə, Şimali Koreyanın nüvə və ballistik raket proqramında qarşılıqlı addım atmaması halında Vaşinqtonun qərarı birtərəfli güzəşt təsiri bağışlayacaq. Reuters-in məlumatına görə⁠, Pxenyan təlimlər ərəfəsində raket sınaqlarını davam etdirib”.

 

 

Züriyə Qarayevanın sözlərinə görə, bu qərar ABŞ–Cənubi Koreya hərbi ittifaqının hazırlıq səviyyəsi və Vaşinqtonun təhlükəsizlik

təminatlarının etibarlılığı ilə bağlı Seulda müəyyən narahatlıq yarada bilər. 

 

 

"Birgə təlimlər təkcə siyasi mesaj deyil, həm də mümkün hücum zamanı iki ölkənin ordusunun koordinasiyasını təmin edən mühüm mexanizmdir. Təlimlərin uzun müddət məhdudlaşdırılması Şimali Koreya ilə yanaşı, Çin və Rusiyada da ABŞ-nin regiondakı mövqeyini zəiflətməsi kimi qəbul oluna bilər. Buna görə qərarın regionda sabitliyə xidmət edib-etməyəcəyi Pxenyanın raket sınaqlarını azaltması və real danışıqlara hazır olması ilə müəyyənləşəcək".

 

Politoloq hesab edir ki, əks halda, müvəqqəti sakitlik gələcəkdə daha ciddi təhlükəsizlik boşluğu yarada bilər.

 

 

Nurgün Qənizadə

 

#azaldılır #abş-cənubi #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər