00:00:00
Yazar
Nərmin Həşimova
30.06.2026 20:46 104 1 dəq oxuma
Siyasət

Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
 

Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb

Türkiyə Ankarada keçiriləcək NATO Liderlər Sammitində Avropanın alyans çərçivəsində öz müdafiə imkanlarını gücləndirməsini gözləyir.


Mövzu ilə bağlı “İnfomator.az”a açıqlamasında  politoloq Tural İrfan bildirib ki, Ankarada keçiriləcək NATO Liderlər Sammitində əvvəlki görüşlərdə qəbul edilən qərarların praktik icrası və Avropanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edilməsi gözlənilir:


“Sammitin əsas fokus nöqtəsi Haaqa görüşündə götürülən siyasi öhdəliklərin və qərarların real fəaliyyətə çevrilməsi məsələsinin olacağı ilə bağlı məlumatlar var. Bununla yanaşı, Türkiyə tərəfi Avropa ölkələrinin alyans çərçivəsində öz hərbi və müdafiə potensialını artırması ilə bağlı qəti addımların atılmasını gözləyir. Bu Sammitdə habelə, müttəfiq ölkələrin hərbi büdcələrinin əhəmiyyətli dərəcədə artırılması barədə əvvəlki razılaşmaların reallaşdırılması mexanizmləri təsdiqlənəcək. Bununla yanaşı dünyada cərəyan edən qlobal gərginliklər, xüsusilə Ukraynadakı cari vəziyyət və NATO-nun şərq cinahının gücləndirilməsi diqqət mərkəzində olacaq. NATO Baş katibi Mark Ruttenin bu sammitin alyansın gələcək fəaliyyət trayektoriyasını müəyyən etmək baxımından əvvəlki görüşlərdən daha kritik rol oynaya biləcəyini vurğulaması ciddi bir zərurətdən xəbər verir. NATO ölkələrinin müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsi və beynəlxalq təhlükəsizliyə töhfələri baxımından da bu görüşün mühüm tərəfləri var. Sammitdə qəbul ediləcək qərarlar üzv dövlətlərin öhdəliklərini yenidən müəyyən edərək ehtiyaclarını da əhatə edəcək”.


Nurgün Qənizadə

#Türkiyə #NATO #görüş #gözləntilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər