00:00:00
Yazar
Nərmin Həşimova
14.10.2026 21:39 30 1 dəq oxuma
Maraqlı

Uilyam Çapmanın ailəsi onun haqqında danışıb

Uilyam Çapmanın ailəsi onun haqqında danışıb

Böyük Britaniyada pələng hücumu nəticəsində həyatını itirən 23 yaşlı Uilyam Çapmanın ailəsi onu mehriban, səmimi və ünsiyyətcil insan kimi xarakterizə edib.


Ailənin bildirdiyinə görə, Çapman uzun illər ciddi psixi sağlamlıq problemlərindən əziyyət çəkib və güclü təsirə malik dərmanlar qəbul edib. Bunun hadisəyə təsirini isə araşdırma müəyyənləşdirəcək.
Hadisə şənbə günü Donkaster yaxınlığındakı “Yorkshire Wildlife Park” vəhşi təbiət parkında baş verib. Gənc pələngin olduğu əraziyə daxil olduqdan sonra hücuma məruz qalıb və hadisə yerində ölü elan edilib. Ailə görüntülərin sosial şəbəkələrdə yayılmasının ağrılarını daha da artırdığını bildirərək məxfiliklərinə hörmət edilməsini istəyib.
Hadisə ilə bağlı təhlükəsizlik araşdırması başlanıb. Altay adlı Amur pələnginin isə öldürülməyəcəyi açıqlanıb. Araşdırma davam etdiyi üçün park bağlı qalır.


Güllüzar Nəbili
Mənbə: BBC

#pələng #onun #şəxsin #danışıb #böyük
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər