Ukrayna Kutuzovu “Rusiya imperializminin simvolu” adlandırıb
Ukrayna hakimiyyəti Rusiyanın Napoleonu məğlub etməsi ilə tanınan Rusiya İmperiyası hərbi komandiri Mixail Kutuzovu “Rusiya imperializminin təbliğatı” kimi qiymətləndirib. Rəsmi orqanlar ölkə ərazisində Kutuzovun adını daşıyan küçə, məktəb və abidələrin adının silinməsini tələb ediblər.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında qeyd edib ki, Ukraynanın Kutuzovu “Rusiya imperializmin simvolu” adlandırması onun adını küçələrdən, məktəblərdən silmək qərarı əslində ölkədə gedən Rusiya simvollarından azad olunma prossesinin bir hissəsidir:
“Ukrayna artıq bir neçə ildir ki, Sovet imperiyası və Rusiya ilə bağlı adları, abidələri, simvolları ölkənin həyatından çıxarmağa çalışır. Ukrayna cəmiyyətinin böyük hissəsi qərarı dəstəkləyib, insanlar hesab edirlər ki, bu müharibə dövründə milli kimliyi gücləndirəcək amildir. Rusiyadan bu qərara sərt reaksiyaların verildiyi məlumdur. Bu tarixin Ukraynanın sanki saxtalaşdırılması kimi qəbul olunub Rusiyada və Kutuzovun Napoliona qarşı qələbəsini bütün Avropa üçün tarixi önəmli hadisə olduğu qəbul edilir Rusiyada və Rusiya üçün bu yalnız tarixi şəxsiyyət məsələsi deyil həm də öz təsir dairəsini qorumağa yönəlmiş ideolaji bir məsələdir. İndi gündəmə gəlincə isə, aydın məsələdir ki, Ukrayna müharibə dövründə Rusiyaya aid simvollardan tam uzaqlaşmağa çalışır. Artıq tarixi adlar təkcə kiminsə qəhrəmanlığı deyil həm də o şəxsiyyətin təmsil etdiyi, simvolu olduğu nəsnələrə görə qiymətləndirilir. Ukrayna üçün isə Kutuzov Rusiya ordusunun təcəssümüdür. Yəni bu addım Ukraynanın öz tarixi kimliyini qorumaq cəhdi, Rusiyada isə ideoloji hücum qəbul edilir”.
Mələk Hüseynova