Ukrayna Rusiyanın bu obyektlərini vurub
Ukrayna ordusu Rusiyanın Oryol və Vladimir vilayətlərindəki enerji infrastrukturlarına zərbələr endirib.
“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Vladimir şəhərində 750 kV-luq “Vladimirskaya” yarımstansiyasına zərbələr endirilib.
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev də PUA hücumunu təsdiqləyib. Onun sözlərinə görə, Vladimir şəhərindəki enerji infrastrukturuna ziyan dəyib.
Oryol şəhərində isə İES-də yanğın qeydə alınıb.