Ukrayna və Rusiya daha çox hərbi əsir mübadiləsi aparır
Ukrayna və Rusiya İstanbul danışıqlarında razılaşdırıldığı kimi daha bir hərbi əsir mübadiləsi həyata keçirib. Kiyev hər mərhələdə nə qədər ukraynalı müdafiəçinin dəyişdirildiyini açıqlamayıb və yalnız ötən gün bu mübadilənin ağır yaralı əsgərlərə yönəldiyini bildirib. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, son mübadilə “ağır yaralı və ağır xəstə döyüşçülərə” yönəlib. Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı bəyanat yayaraq, "bu mərhələlərlə davam edən böyük mübadilənin bir hissəsidir" deyə bildirib.
"Bu əsgərlər təcili tibbi yardıma ehtiyac duyurlar və onlara psixoloji reabilitasiya və əsirlikdə qaldıqları müddət üçün maddi təzminat da daxil olmaqla tam yardım göstəriləcək", - koordinasiya qərargahı bildirib. Kiyev hər mərhələdə neçə ukraynalı müdafiəçinin dəyişdirildiyini açıqlamır. Mübadilə başa çatdıqdan sonra Ukrayna hakimiyyətinin bu məlumatı açıqlayacağı gözlənilir.
Euronews
Səmayə Səftərova