ÜST: Ebola epidemiyası ilə bağlı ümumi risk yüksəkdir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası ilə əlaqəli ümumi risk çox yüksək səviyyədə qalır; quru sərhədləri olan qonşu ölkələr üçün risk yüksək, regional və qlobal səviyyələrdə isə risk aşağı olaraq qalır.
ÜST Konqo Demokratik Respublikasında Bundibuqyo virusunun səbəb olduğu Ebola epidemiyası ilə bağlı Sürətli Risk Qiymətləndirməsini paylaşıb. Buna uyğun olaraq, Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası ilə bağlı ümumi risk çox yüksək səviyyədə qalmaqdadır.
Hazırlıq və sürətli aşkarlama tədbirləri epidemiyanın daha da yayılmasının qarşısını almağa kömək edir. İturi əyaləti epidemiyanın episentri olaraq qalsa da, yoluxma halları, xəstəliyin yeni ərazilərə yayılması, yüksək ölüm nisbəti (47 faiz) və tibb işçiləri arasında artan yoluxma halları kimi amillər epidemiyanın ciddi olduğunu və nəzarət altına alınmasının çətinlik törətdiyini göstərir.