00:00:00
Yazar
Admin User
05.11.2025 18:37 74 1 dəq oxuma
Dünya

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşüb

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun qəbul edib.

 

Mövzu ilə əlaqədar “İnformator.az” a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Əlcəzair arasında münasibətlər hazırda inkişaf istiqamətində qurulub:

 

“Bir çox önəmli məqamlar Azərbaycan və Əlcəzairin ortaq maraqları çərçivəsinə daxildir. Bu iki dövlət beynəlxalq məkanda bir-birinə ciddi dəstək verir. Hətta Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin müdafiəsi ilə bağlı dəfələrlə açıqlamalar və bəyanatlar verib. Buna misal olaraq, Fransanın vaxtilə Əlcəzairdə törətdiyi kütləvi qırğınlar və soyqırımlar barədə etdiyi çıxışları və bəyanatları göstərmək olar. Azərbaycan, Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Əlcəzairə dəstək verən dövlətlər sırasındadır. Azərbaycan dövləti dəfələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırımla bağlı beynəlxalq məkanda öz mövqeyini bildirib. Bu, çox önəmli məqamdır, çünki Fransanın törətdiyi müstəmləkəçilik və soyqırımlarla bağlı dünyada demək olar ki, heç bir dövlət açıq mövqe bildirməyə həvəsli deyil. Ancaq Azərbaycan dövləti cəsarətlə, Prezident İlham Əliyev isə qətiyyətlə bu məsələ ilə bağlı Fransanı tənqid edib. Bu, beynəlxalq müstəmləkəçilik davranışlarına qarşı ən önəmli mövqelərdən biri sayılır. Hazırda iki dövlət arasında siyasi və diplomatik münasibətlər kifayət qədər yüksək səviyyədədir. Azərbaycanın Xarici İşlər Nazirliyinin bu ölkəyə səfəri isə iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verə bilər”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər