00:00:00
Yazar
Admin User
13.06.2025 07:15 110 1 dəq oxuma
Dünya

Yaxın Şərqdə yeni müharibə! İsrail İranı vurdu!

Yaxın Şərqdə yeni müharibə! İsrail İranı vurdu!

 İsrail gecə yarısı “Yüksələn Aslan” adlandırdıqları əməliyyatla İrana hücum edib.

 

İranın paytaxtı Tehranda bir çox binaya ciddi ziyan dəydiyi bildirilib. İsrailin baş naziri Netanyahu İranda bir çox nüvə obyektləri və hərbi obyektlərin vurulduğunu, nüvə proqramında çalışan alimlərin hədəf alındığını bəyan edib. İran lideri Xamenei hücumlarda bəzi komandir və elm adamlarının həyatını itirdiyini bəyan edərək, İsrailə sərt cavab verəcəklərini açıqlayıb. İran dövlət televiziyası İranın Baş Qərargah rəisi Məhəmməd Baqirinin İsrailin hücumları nəticəsində öldüyünü açıqlayıb. Digər tərəfdən, AK Partiya İsrailin hücumuna reaksiya verib. AK Partiya sözçüsü Ömər Çelik, "İsrailin hücumunun heç bir qanuniliyi və əsası yoxdur. Bu barbar bir təcavüzdür",-deyib.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər