Yollarda 33 min sürət nişanı götürülüb
Ölkə üzrə avtomobil yollarında sürət hədlərini göstərən işarələrin sadələşdirilməsi çərçivəsində indiyədək 32 min 845 nişan sökülüb.
Ulaştırma və Altyapı naziri Abdulkadir Uraloğlu bildirib ki, “Tıxac işarə nişanları mümkün qədər az, lakin lazım olduğu qədər çox olmalıdır” prinsipi əsasında yollar vahidləşdirilir.
İllik nəqliyyat axını yüksək olan 14 min 590 km dövlət və vilayət yollarında işlər tamamlanıb, 992 piyada keçidi və minlərlə sürət nişanı ləğv olunub. Bəzi qovşaq və döngələrdə sürət hədləri yenilənib, bir çox yaşayış məntəqələrinin sərhədləri də dəyişdirilib.
1 sentyabrdan etibarən qalan yol şəbəkəsində işlər davam edir və 31 dekabr tarixinə qədər yekunlaşdırılacaq.
Nazir qeyd edib ki, ümumilikdə 20 min 55-i sürət nişanı olmaqla, ölkə üzrə 32 min 845 yol nişanı sökülüb.
TRT Xəbər
Eslanda Kulieva