Məşhur UFC ulduzları Bakıya gələcək

Bölmə: Sosial › ,
Tarix: 17:21 16.05.2025

 

 

"İnformator.az" Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.

 

Maykl Bisping, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.

 

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brüs Baffer yarışın oktaqon aparıcısı olacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Maraqla gözlənilən döyüşlərdən biri isə Azərbaycan təmsilçisi Rafael Fizievlə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.