Zelenski yeni Papa ilə görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 20:48 18.05.2025

Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenska ilə görüşüb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat verib.

 

“İnaqurasiya messasından sonra Roma Papası XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə bu qəbul üçün təşəkkür edirik.

 

Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar üçün platforma rolunu oynamağa hazır olduqlarına görə təşəkkür edirəm. Biz real nəticələr uğrunda istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində səsləndirdiyiniz dəqiq mövqeyinizə görə təşəkkür edirik,” – deyə Zelenski əlavə edib.