Zelenski Roma Papası ilə görüşüb

Tarix: 19:43 18.05.2025
Papa XIV Leo bu gün - mayın 18-də inauqurasiya mərasimini başa vurduqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanımı Yelena Zelenska ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında məlumat verib.
"İnaqurasiya mərasimindən sonra biz Papa XIV Leo ilə görüşdük. Pontifik bütün dünyada milyonlarla insan üçün sülhə ümid rəmzidir. O, ölkəmizdə müharibənin dayandırılmasında mühüm rol oynaya bilər" - Zelenski bildirib.
"Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğuna görə Vatikana təşəkkür edirəm. Biz real nəticələr naminə istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli sülhün müdafiəsində aydın mövqeyinizə görə minnətdaram", - Zelenski əlavə edib.