Zelenski Trampa məktub yazıb

Bölmə: ,
Tarix: 20:29 18.05.2025

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarına müdafiə-sənaye və ticarət sahələrində əməkdaşlıqla bağlı yeni təkliflərin yer aldığı məktub göndərib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezident Admnistrasiyası məlumat yayıb.

 

Qeyd edilib ki, ukraynalı siyasətçi məktubu Romada ABŞ-ın vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə görüşdən sonra hazırlayıb.


“Ukrayna və ABŞ arasında iqtisadi tərəfdaşlıq haqqında sazişin həyata keçirilməsinə xüsusi diqqət yetirilir”, - press-relizdə deyilir.