Uitkoff: İrana imkan verə bilmərik ki...

Bölmə: Dünya › ,
Tarix: 19:19 18.05.2025

ABŞ-ın fundamental mövqeyi belədir: İran uranı zənginləşdirə bilməz.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.


"Bir aydın və qırmızı xəttimiz var, o da uranın zənginləşdirilməməsidir. İrana imkan verə bilmərik ki, zənginləşdirmə qabiliyyəti 1% belə olsun. Hər şey bizim prinsipial mövqeyimizdən, yəni zənginləşmə imkanını ehtiva etməyən sövdələşmədən başlayır", — o bildirib.