G7 Rusiyanı daha sərt sanksiyalarla hədələyib

Tarix: 00:55 23.05.2025
Yeddilik Qrupu (G7) Moskvanın Ukraynada atəşkəslə razılaşmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini açıqlayıb.
“İnformator.az” xəbər verir ki, bu haqda G7 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Ukraynaya həsr olunmuş iclasında deyilib.
"Biz atəşkəsə nail olmaq üçün davam edən səyləri alqışlayırıq. Əgər belə bir atəşkəs razılaşdırılmasa, biz bütün mümkün variantları, o cümlədən Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi kimi təzyiqi maksimuma çatdırmaq üçün nəzərdə tutulmuş variantları araşdırmağa davam edəcəyik", - iclasın yekununda deyilib.