Tramp bu addımla müttəfiqlərə xəyanət edəcək- Hoces

Bölmə: Dünya › ,
Tarix: 15:01 23.05.2025

ABŞ Prezidenti Donald Trampın Kremldən atəşkəs tələb etməməsi və sanksiya təzyiqindən əl çəkmək qərarı fəlakətli səhvdir.

 

“İnformator.az” xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib.

 

“Belə bir mövqe Trampa etimadı ciddi şəkildə sarsıdacaq və ABŞ üçün alçaldıcı olacaq. Amerika bunu təkbaşına edə bilməz, bizə müttəfiqlər lazımdır və onların ən yaxşısı Avropada, Kanadada və Avstraliyadadır. ABŞ desə ki, bu, yalnız Avropanın problemidir, məncə, bu, onilliklər ərzində bizim tərəfimizdə olan müttəfiqlərimizə xəyanət olacaq”, - Hoces bildirib.