Hökməlinin bir hissəsində qaz kəsilib

Bölmə: Sosial › ,
Tarix: 14:49 23.05.2025

Abşeron rayonunun Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

"İnformator.az” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, buna səbəb təbii qazdan qeyri-qanuni istifadə etmək məqsədilə qaz kəmərlərinə qoşulan xətlərin ləğv edilməsidir.