Sergey Lavrovdan Ukrayna ilə danışıqların ikinci raunduna dair açıqlama

Tarix: 14:24 23.05.2025
"Ukrayna ilə danışıqların ikinci raundu olacaq, memorandum üzərində iş Moskva vasitəsilə artıq qabaqcıl mərhələdədir".
“İnformator.az” xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Ukrayna Rusiya ilə danışıqların ikinci mərhələsinin olacağını təsdiqləyib.
Sergey Lavrov, həmçinin, Ukrayna ilə Vatikanda görüşü qeyri-real adlandırıb.