Husilərin hücumu: Aeroportun fəaliyyəti dayandırılıb

Bölmə: Dünya › ,
Tarix: 08:37 06.06.2025

Yəməndəki husi üsyançıları hiperses ballistik raketindən istifadə etməklə İsrailin Tel Əviv şəhərindəki Ben-Qurion aeroportuna zərbə endiriblər.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya deyib.


O bildirib ki, hücumlar səbəbindən hava limanının fəaliyyəti dayandırılıb.

 

Sariya hədəfə “Fələstin – 2” raketi ilə zərbə endirildiyini açıqlayıb