Rusiyanın gecə hücumu: 4 ölü, 80 yaralı var - Zelenski

Tarix: 22:52 06.06.2025
Hazırda Rusiyanın Ukraynaya keçirdiyi kütləvi gecə hücumunda 80 nəfər yaralandığı, 4 nəfərin öldüyü məlumdur.
“İnformator.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətində bildirilib.
O qeyd edib ki, müxtəlif rayon və şəhərlərdə xilasetmə və qəza-xilasetmə əməliyyatları gün ərzində davam etdirilib:
"Ternopil, Lutsk, Kiyev, Poltava vilayəti, Xmelnitski rayonu, Lvov vilayəti, Çerniqov vilayəti, Odessa vilayəti, Sum vilayəti. Ümumilikdə 80 nəfər xəsarət alıb, hər kəsə yardım göstərilib. Təəssüf ki, ölənlər var. Hazırda ölənlərin dördü məlumdur.