Putin xoşəgəlməz hücuma keçəcək

Tarix: 22:50 06.06.2025
ABŞ lideri Donald Tramp Almaniya kansleri Fridrix Merzlə Ağ Evdə görüşü zamanı bu sözləri deyib.
Tramp Putinlə telefon danışığını xatırladıb:
“Putin , Ukraynaya hücum etməkdən başqa çarəmiz yoxdur. Bunu etmə, etməməlisən" , - dedim.
Mövzu ilə əlaqədar politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın dünənki görüşdəki açıqlaması əlbəttə ki, onun indiyə qədər olan mövqeyinin davamı kimi dəyərləndirilməlidir:
"Donald Tramp dörd aylıq hakimiyyəti dönəmində mümkün qədər Rusiya ilə bağlı yumşaq ifadələri işlədib, bəzi istisnalar olmaqla və dünən onun Putin hücuma keçəcək, qisas alacaq kimi fikirləri də əslində bir formada Rusiyanın könlünü almaq kimi də qəbul oluna bilər.Belə ki, onsuz da Rusiya Ukrayna ərazilərinə hücumları davam etdirməkdədir və hərbi cinayətlər törədilir. Şübhəsiz ki, Avropa ölkələri ABŞ-nin mövqelərini uzlaşdırmağa çalışır və ABŞ Rusiyaya qarşı daha sərt addımlar atmaq üçün inandırmaq istəyir. Almaniya Kanslerinin səfərinə də bu kontekstdən baxmaq lazımdır. Amerikada artıq 82 senatorun imzası ilə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar paketi hazırdır və onun qəbul olunması kifayət qədər sürətlə həyata keçə bilər. Əlbəttə, sanksiyaların tətbiq olunması Rusiya Amerika arasında münasibətlərə mənfi təsir edəcək. Amma düşünürəm ki, savaşın dayandırılması üçün və Rusiyanın işğalının qarşısının alınması üçün bu sanksiyaların tətbiq edilməsi və Rusiyaya qarşı daha sərt münasibət göstərilməsi zəruridir”.
Ekspertin sözlərinə görə , Rusiyanın bundan sonrakı hücumları və sərhədboyu Ukrayna ərazilərinə daxil olmaq cəhdləri, söhbət Konqres, Sumı, Xarkov, Çerniqov vilayətlərindən gedir:
“Əlbəttə ki, bu, gözlənilən bir hadisədir və bu baş verəcəyi təqdirdə, şübhəsiz ki, NATO ölkələri, Avropa ölkələri Ukraynaya dəstəyi davam etdirəcəklər. Necə ki, iki gün öncə ramştayn formatında Ukraynaya kifayət qədər yüksək sayıla biləcək məbləğdə yardımların ayrılması ilə bağlı qərarlar qəbul olunub”.
Asiman Vəliyeva