Mask sona qədər gedəcək, Trampa qarşı pul xərcləyəcək

Tarix: 10:43 06.06.2025
ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra amerikalı iş adamı İlon Mask “sona qədər getməyə” və lazım gələrsə, “demokratları dəstəkləməyə” hazırdır.
"İnformator.az" xəbər verir ki, bu barədə NBC telekanalı maskın adı açıqlanmayan məsləhətçisinə istinadən məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Mask bir neçə ay əvvəl siyasi fəaliyyətlərə 100 milyon dollar xərcləyəcəyini və bu vəsaiti Trampla əlaqəli təşkilatlara köçürməyi planlaşdırdığını açıqladı. Ancaq pul köçürülməyib.
“Onun Respublikaçılar Partiyası, RMK (Respublika Milli Komitəsi), Nümayəndələr Palatasındakı yerlər və s. heç vecinə deyil. Onları darmadağın edəcək”, - biznesmenin müşaviri vurğulayıb.
O, Respublikaçılar Partiyasının ABŞ Konqresinin aşağı palatasına keçiriləcək növbəti seçkilərdə uduzacağına əmin olduğunu bildirib.
“Ancaq Maskın bütün bu partiya cəfəngiyyatları heç vecinə də deyil”, - mənbə əlavə edib.
Jurnalistlərin qeyd etdiyi kimi, respublikaçılar indi bir neçə şeydən ehtiyatlı olmalıdırlar. Bunlardan biri də sahibkarın demokratlara mümkün maliyyə dəstəyidir.