Müsəlmanları təhqir edən erməni bloqer həbs edilib

Bölmə: Dünya › ,
Tarix: 23:47 06.06.2025

Rusiya paytaxtı Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi erməni bloqer və sahibkar Areq Şepexini nifrət və ya ədavət salmaq ittihamı ilə iki ay müddətinə həbs edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Moskva məhkəmələrinin Mətbuat Xidməti məlumat yayıb.

 

Məhkəmənin qərarına əsasən, ibtidai istintaq orqanlarının Şepexin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilib.

 

Bir gün əvvəl Rusiya İstintaq Komitəsi bəyan etmişdi ki, Şepexin altı ilə qədər azadlıqdan məhrum edilə bilər. Onun barəsində ekstremizm və milli, dini, irqi nifrətin qızışdırılması maddələri ilə cinayət işi açılıb.

 

Xatırladaq ki, erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib, Rusiya hökumətinin müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyası ilə "proqramlaşdırılması" çağırışları ilə çıxış edib. Bundan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.