Şamaxı və Xızıda zəlzələ-4 bala qədər hiss olunub

Tarix: 10:58 06.06.2025
Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
“İnformator.az” xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 10:18-də baş verən zəlzələ 3.6 maqnitudalı olub.
Yeraltı təkanlar episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.