MHP sədri Baxçalı: “Çevrilişlərin konstitusiyası məhv edilməlidir”

Bölmə: Dünya › ,
Tarix: 20:30 06.06.2025

MHP sədri Dövlət Baxçalı: "Çevrilişlərin Konstitusiyası yıxılmalı, milli iradəyə əsaslanan qurucu konstitusiya anlayışı daxilində yeni konstitusiyaya ehtiyac olduğu qəbul edilməlidir",-dedi.


MHP sədri Baxçalı bayram namazından sonra MHP-nin qurucu sədri Alparslan Türkeşin Beştəpədəki məqbərəsini ziyarət edib. Baxçalı Quran tilavətindən sonra Türkeşin məzarı üzərinə qırmızı və ağ qərənfillər qoyub və ona mis küp bağışlayıb. Səfərdən sonra mətbuat mənsublarına açıqlama verən Baxçalı bütün jurnalistləri Qurban bayramı münasibəti ilə təbrik edib.

 



Mənbə:TRT Haber
Zəhra Möhübbətova