Türkiyənin uzaqmənzilli qanadlı raketi SOM hədəfi dəqiq vurub

Bölmə: Dünya › ,
Tarix: 20:53 06.06.2025

Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet Fatih Kacır bildirib ki, TÜBİTAK SAGE-nin hazırladığı uzaqmənzilli SOM qanadlı raketi sınaq atışları zamanı yerli turboreaktiv mühərriklə hədəfi birbaşa vurub.

 

Nazir Kacır bu barədə sosial şəbəkə X-də paylaşım edib.

 

O qeyd edib ki, analoqları ilə müqayisədə daha üstün xüsusiyyətlərə malik olan və TÜBİTAK tərəfindən hazırlanan SAGE SOM raketinin xarici istehsalçılardan asılılığı minimuma endirilib.

 

Nazirin sözləri belədir:

“Milli qürurumuz SOM yerli turboreaktiv mühərriklə keçirilən sınaq atışlarında hədəfi dəqiq vurdu. SOM-un yerli mühərriki və digər hissələri yalnız Milli Texnologiya Hərəkatının bir addımı deyil, minlərlə türk mühəndisi və texnikinin zəhmətinin nəticəsidir. Tamamilə yerli türk məhsulunun hazırlanmasında çalışan bütün tərəfləri təbrik edirəm. Bu uğurla qürur duyuruq və yeni nailiyyətlərə doğru irəliləyirik”.

 

Anadolu Agency

Ayan Əsgərova