ABŞ-dən İrana qarşı yeni sanksiyalar dalğası!

Bölmə: Dünya › ,
Tarix: 21:00 06.06.2025

ABŞ və İran arasında gərginlik davam edir. ABŞ Maliyyə Nazirliyi İranla əlaqəsi olduğu bildirilən 10 şəxs və 27 təşkilatı hədəf alan yeni sanksiyalar paketini açıqlayıb.

 

Nazirlikdən verilən yazılı açıqlamada sanksiya siyahısına daxil edilən şəxslər və təşkilatların İranın bəzi qeyri-qanuni fəaliyyətlərinə dəstək verdiyi iddia edilib. Sanksiyaların təkcə İranla məhdudlaşmadığı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Honq Konqda yerləşən bəzi şirkət və qurumları da əhatə etdiyi bildirilib.

Bildirilib ki, yeni sanksiya qərarının məqsədi İranın regional fəaliyyətlərinə və maliyyə şəbəkələrinə zərbə vurmaqdır. Səlahiyyətlilər, sözügedən sanksiyaların ABŞ-nin İrana qarşı “maksimum təzyiq” siyasətinin bir hissəsi olduğunu vurğulayıblar. 

 

Mənbə: A Haber 

Çimnaz Telmanqızı