İsrail Qəzzada Həmas əleyhinə Fələstin qəbilələrini silahlandırır

Bölmə: Dünya › ,
Tarix: 21:33 06.06.2025

 

İsrailin Baş Naziri B.Netanyahu ölkəsinin Qəzzada HƏMAS əleyhinə olduğunu dediyi qəbilələri silahlandırdığını təsdiqləyib. Netanyahu bu açıqlamanı İsrail mediasında müdafiə mənbələrinə əsaslanan bəzi xəbərlərin dərcindən sonra verib.
Bu xəbərlərdə Netanyahunun Qəzzanın cənubundakı qruplaşmaya silah tədarükünü təsdiqlədiyi bildirilir.

 

İsrailin Qəzzada Yasir Əbu Şababın başçılıq etdiyi tayfaya silah verdiyi barədə xəbərlər var idi. Bəzilərinin milis və ya cinayətkar dəstə kimi gördüyü qrup, özünü HƏMAS-a müxalif qüvvə kimi təqdim edir. Qrup deyir ki, məqsədi Qəzzaya yardım aparan yük maşınlarını qorumaqdır, lakin tənqidçilər qrupun bunun əksini etdiyini və yük maşınlarını talan etdiyini deyir.

 

Yisrael Beiteinu Partiyasının lideri Liberman ictimai yayımçı Kana deyib ki, Netanyahu birtərəfli qaydada Əbu Şabab qəbiləsinə silah təhvil verilməsini təsdiqləyib.


"İsrail hökuməti özünü İŞİD-ə aid edən bir qrup cinayətkar və quldur dəstəsini silahla təmin edir. Bildiyimə görə, hökumət bunu bəyənməyib", - Liberman deyib.


BBC NEWS
Səmayə Səftərova