Qəzzada bombardman altında bayram namazı qılınıb

Tarix: 21:37 06.06.2025
İsrailin intensiv hava hücumlarının dağıntıya çevirdiyi Qəzza zolağında minlərlə müsəlman bu gün Qurban bayramı namazını açıq havada qılmağa məcbur qalıb. Məscidlərin yerlə-yeksan olduğu şəhər və kəndlərdə qadın, kişi, yaşlı və uşaqlar səki və meydanlara toplaşaraq bayram ibadətini yerinə yetirib.
Ailəsini, yaxınlarını və evini itirən sakinlər üçün bayram hüzn dolu ab-hava ilə keçsə də, bir-birinə dəstək olmaq və dini həmrəyliyi qorumaq istəyən Qəzza əhalisi “dağıntılar içində də ümid itmirik” mesajı verib. Yerli səhiyyə qaynaqları ardıcıl hücumlar səbəbindən tibbi yardımın da məhdud olduğunu bildirir.
Haber Global
Mahmudlu Ləman