AFRICOM: Saheldə yeni “11 sentyabr” təhlükəsi

Bölmə: Dünya › ,
Tarix: 21:38 06.06.2025

 

ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) hazırladığı məxfi hesabatda Qərbi Afrikadakı Sahel bölgəsinin – xüsusilə Mali, Burkina Faso və Nigerin – qlobal terrorizmin yeni mərkəzinə çevrildiyi bildirilib.

 

Hesabatda qeyd olunur ki, Əl-Qaidə və Boko Harama bağlı radikal qruplar Rusiyanın dolayı dəstəyi ilə ABŞ-yə qarşı “yeni 11 sentyabr hücumu” hazırlaya bilər.

 

Bu məlumat AFRICOM-un baş komandanı general Maykl Lenqli və komandası tərəfindən hazırlanaraq Pentaqon və MKİ-yə təqdim olunub.

 

“The Hill” nəşrinin yaydığı hesabat ABŞ kəşfiyyat və təhlükəsizlik orqanlarında ciddi narahatlıq yaradıb. Ekspertlərə görə, bölgədəki terror qruplarının hərəkətliliyi və Rusiyanın artan təsiri təhlükəni daha da artırır.

 

Vaşinqton administrasiyası məsələni prioritet milli təhlükəsizlik problemi kimi qiymətləndirir və əlavə tədbirlərin gündəmə gətiriləcəyi gözlənilir.


Haber Global
Mahmudlu Ləman