ABŞ-nin apokalipsisə hazırlıqları!

Bölmə: Dünya › ,
Tarix: 15:26 24.06.2025

 


İsrail-İran münaqişəsində ABŞ-nin müdaxiləsi ilə atəşkəs əldə olunarkən, nüvə müharibəsi ssenarisi üçün Amerika hökumətinin gizli “Qiyamət Planı” üzə çıxdı. Plana görə, Tramp və yüksək səviyyəli administratorlar ölkəni yeraltı bunkerlərdən idarə edəcəklər.


İsrail və İran arasında Yaxın Şərqdə davam edən qarşıdurmada atəşkəsin əldə edildiyi iddiaları ABŞ-nin müdaxiləsi ilə yeni dönüş nöqtəsinə çatıb. Bu inkişaflarla ABŞ hökumətinin uzun illərdir gizli saxladığı “Qiyamət Planı” yenidən gündəmə gəlib. Sözügedən plana əsasən, nüvə müharibəsi baş verəcəyi təqdirdə Donald Tramp və digər yüksək səviyyəli rəhbərlər yerin dərinliklərində olan gizli bunkerlərə keçərək, idarəçiliklərini davam etdirəcəklər.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ hökumətinin "COOP" (Əməliyyatların Davamlılığı Planı) adlandırdığı bu strategiya ölkə böyük bir fəlakətlə üzləşsə belə administrasiyanın sağ qalmasını təmin etmək məqsədi daşıyır. Böyük şəhərlər nüvə hücumu ilə məhv edilsə belə, kritik funksiyaların davam edəcəyi gözlənilir. Bu çərçivədə ölkə Virciniyadakı Mount Weather, Pensilvaniyadakı Raven Rock və Koloradodakı Cheyenne Mountain kimi nüvəyə davamlı sığınacaqlardan idarə olunmağa davam edəcək.


CNN Türk
Əminə Əliyeva