Xızıda “Infinity” aşıb, ölən var

Tarix: 23:04 24.06.2025
Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
"İnformator.az" "Report"a istinadən məlumat verir ki, hadisə Məşədi Həsən qəsəbəsi yaxınlığında qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 90-HH-960 dövlət nömrə nişanlı, “Infinity” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə sürücü hadisə yerində ölüb.
Məlumata görə qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.