"Neftçi" fransalı müdafiəçi ilə vidalaşıb

Tarix: 23:20 24.06.2025
"Neftçi" futbol klubu müdafiəçi Ervin Koffi ilə yollarını ayırıb.
Klubdan "İnformator.az"a verilən məlumata görə, fransalı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi "Neftçi"nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.