A Seriyası təmsilçisi "Fiorentina"nın futbolçusunu transfer edib

Tarix: 23:12 24.06.2025
İtaliya A Seriyası təmsilçisi "Torino" "Fiorentina"nın müdafiəçisi Kristiano Biraqini transfer edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü "Torino"nun heyətində icarə əsasında keçirən futbolçu ilə 2 illik müqavilə imzalanıb.