İsrail-İran atəşkəsi başlayıb – hücumlar davam edir

Bölmə: Dünya › ,
Tarix: 15:31 24.06.2025

 

İsrail və İran arasında atəşkəsin başladığı bildirilsə də, hücumlar səngiməyib.

 

İran İnqilab Keşikçilərinə yaxın Fars Xəbər Agentliyi atəşkəsin yerli vaxtla 07:30-da qüvvəyə mindiyini açıqlayıb. Agentlik Telegram hesabında yaydığı paylaşımda İranın son raket hücumlarının ardından çox sayda “sionistin” öldüyünü və yaralandığını qeyd edib.

 

Lakin bu bəyanatdan az sonra İsrail ordusu İranın yenidən raket hücumu həyata keçirdiyini bildirib. Məlumata görə, ölkənin şimal bölgələrində siren səsləri eşidilib, lakin son hücumda tələfat qeydə alınmayıb.

TRT haber
Mahmudlu Ləman