Qəzzada İsrailin 7 hərbçisi öldürülüb

Tarix: 10:19 25.06.2025
İsrail ordusunun 7 hərbçisi Qəzzada HƏMAS-a qarşı döyüşlərdə həlak olub.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Qəzzanın cənubundakı Xan-Yunis şəhərində zirehli transportyorun partladılması nəticəsində 7 hərbçi həlak olub, daha bir nəfər isə yaralanıb. Onların hamısı “Barak” briqadasının 605-ci mühəndis-döyüş batalyonunda xidmət edirdi”, - məlumatda qeyd olunub.