Füzulidə ağır qəza: 3 nəfər ölüb-2-si qardaşdır

Tarix: 13:35 25.06.2025
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hərəkətdə olan “Mersedes”, KİA və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.
Ölənlərdən ikisi - Nicat və Ceyhun qardaşdırlar.
Faktla bağlı araşdırma aparılır.