Türkiyə ordusunun 8 hərbçisi şəhid olub

Bölmə: Dünya › ,
Tarix: 08:47 07.07.2025

Türkiyədə şəhid olan hərbçilərin sayı 8-ə çatıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin yaydığı məlumatda bildirilir: "Pəncə-Kilit" əməliyyat bölgəsində terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı metan qazından zəhərlənən daha 3 qəhrəman döyüşçümüz ölüb, şəhidlərin sayı 8-ə yüksəlib".