Rusiya Azərbaycanda onları müdafiə edir-Peskov

Tarix: 14:47 07.07.2025
Moskva Bakı ilə daimi təmasdadır və saxlanılan rusların maraqlarını müdafiə edir.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Səfirliyimiz, diplomatik şöbəmiz Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır, qanunla və mövcud diplomatik təcrübədən istifadə edərək, həbsdə olan rusların maraqlarını müdafiə edir”, - o bildirib.
Peskov Rusiyanın baş prokurorunun və İstintaq Komitəsi rəhbərinin Azərbaycanın baş prokuroru ilə əlaqə saxladığını da xatırladıb.