İsrail-İran savaşı sonrası-Türkiyə hədəfdirmi?

Tarix: 14:52 07.07.2025
İsrail-İran savaşının sönən alovları hələ tam soyumamış, beynəlxalq arenada yeni suallar doğmağa başlayıb:”İsrailin növbəti hədəfi kim olacaq?” Bəziləri hətta Türkiyənin hədəf olduğunu söyləyirlər.
Mövzu ilə bağlı siyasi şərhçi İlyas Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki,hesab etmirəm ki,İsrail Türkiyəni hədəfə alsın:
İsrail-İran arasında 12 günlük müharibə bir sıra məsələlərə aydınlıq gətirib.Məlum olub ki,müharibənin başlanması ilə hazırlıq işləri,həqiqətən də, olub və bir gecə ərzində həm İranın nüvə proqramının ləğv edilməsi,həm də yüksək vəzifəli hərbiçilər,generallar,nüvə alimlərinin də öldürülməsi İsrailin geniş planlarından xəbər verir.Lakin müharibə bitər-bitməz fikirlər dolaşmağa başlayıb ki,İrandan sonra hədəf Türkiyə ola bilər.Əslində İranın özü ilə də məsələlər tam həll olunmayıb.Nüvə proqramını tam aradan qaldırmaq mümkün deyil.Bununla yanaşı Türkiyə kimi NATO-dakı ikinci böyük dövlətlə İsrailin üzləşməsi İsrail tərəfindən tam düşünülməmiş addım kimi görünə bilər.
Siyasi şərhçi əlavə edib ki, İsrailin arxasında ABŞ durmasa,Türkiyənin İsrail torpaqlarını nəzarətə götürməsi an məsələsidir:
Düşünürəm ki,Türkiyə kifayət qədər güclü bir dövlətdir.İsrail də güclüdür,lakin bu müharibənin baş verməsi arzuolunan deyil.Azərbaycan kontekstində bunu qeyd etsək,deyə bilərik ki,Azərbaycanla İsrail arasında yaxın münasibətlər vardır.Türkiyə də bizim dostumuz,hərbi-siyasi müttəfiqimiz,qardaşımızdır.Vətən savaşında da İsrailin Azərbaycana dəstəyini,hərbi-texniki əməkdaşlıq məsələsini xüsusi qabartmaq lazımdlr.Əgər müəyyən gərginlik,eskalasiya riskləri olacaqsa,şübhəsiz ki,Vaşinqton dövriyyəyə girəcək.Baxmayaraq ki,İsrail ABŞ-nin yaxın müttəfiqidir,Türkiyə də ABŞ-lə yaxın münasibətlərdədir.Çünki NATO faktoru nəzərə alınır.Əgər məsələlər kifayət qədər ciddi,hərbi qarşıdurma vəziyyətinə gələcəksə ABŞ bütün hərbi resurslarını,diplomatik imkanlarını istifadə edəcək ki,döyüş meydanında bu iki dövlət qarşı-qarşıya gəlməsin.
Səkinəbəyim Cəfərova