Gömrük Komitəsinə məxsus nəqliyyat vasitələri hərraca çıxarılır

Bölmə: Sosial › ,
Tarix: 14:18 07.07.2025

Avqustun 7-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinə məxsus 56 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Nəqliyyat vasitələrinin buraxılış illəri 2002-2013-cü illəri əhatə edir. Hərracda ilkin satış qiymətləri isə 89 600 manatdır.


Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh ödənilməlidir.